İpoteka Fondu auditor seçir

İpoteka Fondu auditor seçir
  13 Oktyabr 2016    Oxunub:1827
"Azərbaycan İpoteka Fondu" ASC 2016-cı il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə bağlı təkliflər sorğusu elan edib.
AzVision.az ASC-yə istinadla xəbər verir ki, satınalmada iştirak haqqı 150 manatdır. Satınalma üzrə ilkin sənədlər oktyabrın 26-dək, təklif zərfləri isə noyabrın 7-nə qədər qəbul ediləcək. Məsələ üzrə zərflər noyabrın 8-i saat 15:00-da cəmiyyətin inzibati binasında açılacaq.

Satınalmanın nəticəsi nizamnaməyə uyğun olaraq cəmiyyətin müşahidə şurası tərəfindən təsdiq olunduqdan sonra satınalmanın qalibi elan ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti