2700 bank əməkdaşı iş axtarır

2700 bank əməkdaşı iş axtarır
  11 Oktyabr 2016    Oxunub:1892
`Son dövrdə bankların konsolidasiyası, o cümlədən bankların və valyutadəyişmə məntəqələrinin bağlanması bu sahədə çox sayda insanın işini itirməsinə gətirib çıxarıb.`
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, bank-maliyyə sektorunda baş verən dəyişikliklərlə əlaqədar 2700 nəfər yerli məşğulluq mərkəzlərinə müraciət edib. Nazir əlavə edib ki, həmin şəxslər işsiz kimi qeydiyyatdan keçiblər və onlara işsizlik müavinəti təyin olunub.

Səlim Müslümov bildirib ki, səkkiz ayın məlumatına görə isə banklarda orta aylıq əmək haqqı çox yüksək, təxminən 1252 manatdır: `Nəzərə alsaq ki, bu məbləğin 70%-i müavinət formasında ödənilməlidir, bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən böyük məbləğin ayrılmasını tələb edir. Buna görə də bu il bu məqsədlə ayrılan 15 milyon manat bu məqsədə kifayət etmir`.

Yaxın zamanda işsizlik üzrə icbari sığorta haqqında qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq- deyən nazir bildirib ki, heç kim iş yerinin itirilməsindən sığortalanmayıb və belə qanunun qəbulu insanlara rahat işləmək imkanı yaradacaq: "Nəticədə insanlar işlərini itirməkdən qorxmayacaq və əmək hüquqlarını tələb edə biləcəklər. Bu prosesi sistemləşdirmək lazımdır".

AzVision.az


Teqlər:  





Xəbər lenti