Azərbaycan OPEC-in iclasında iştirak edəcək

Azərbaycan OPEC-in iclasında iştirak edəcək
  11 Oktyabr 2016    Oxunub:1308
OPEC-in noyabr ayında keçiriləcək iclasınadək quruma daxil olmayan ölkələrlə məsləhətləşmələrdə irəliləyişə nail oluna bilər.

AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bunu OPEC-in Baş katibi Məhəmməd Barkindo deyib. Onun sözlərinə görə, mövcud vəziyyət müsbət istiqamətdə dəyişib: `Biz noyabrın 30-da gözlənilən OPEC kohfransınadək diskussiyalarda irəliləyə bilərik`-deyə əlavə edib.

"Ooktyabrın 12-də Rusiyadan başqa, hansı OPEC-dən kənar ölkə neft hasil edən ölkələrin görüşündə iştirak edəcək?" sualına cavabnda : `Bizə deyiblər ki, Azərbaycan və Meksika iştirak edəcək`.- M.Barkindo vurğulayıb

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti