`İlin sonuna neft 60 dollar olacaq` - Səudiyyənin enerji naziri

`İlin sonuna neft 60 dollar olacaq` - Səudiyyənin enerji naziri
  10 Oktyabr 2016    Oxunub:1431
`Bu ilin sonuna neftin bir barelinin qiyməti 60 dollara çata bilər`.
AzVision.az-ın “İnterfax” a istinadən verdiyi məlumata görə, bunu XXIII Dünya Enerji Konqresində Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid əl-Falih bildirib.

Onun sözlərinə görə, qiymətləri müəyyən etmək və formalaşdırmaq üçün tələb və təklif arasında balansın olması əsasdır: “Bizim üçün düzgün və effektiv investisiya edilməsi vacibdir”, - deyə əl-Falih bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti