Bankdan hansı məqsədlə kredit götürürsünüz? - Sorğu

Bankdan hansı məqsədlə kredit götürürsünüz? - Sorğu
  06 Oktyabr 2016    Oxunub:2331
Bakı sakinləri bank kreditlərini hansı məqsədlə götürdüklərini açıqlayıblar.
AzVision.az “ACT Azərbaycan”ın 11-14 sentyabr tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Rəyi soruşulan respondentlərin 37%-in banklara kredit borcu var. Onların beşdə biri (20%) krediti məhz yaşayış səviyyəsini yaxşılaşdırmaq niyyəti ilə götürdüklərini bildiriblər.

Təmir üçün banka üz tutanlar sorğuda 12 % təşkil edib. Eyni faiz göstəricisi (12%) kreditə müalicə almaq üçün girənlərə məxsusdur. Mənzil sahibi olmaq üçün banka üz tutanlar sorğuda 10%, məişət texnikası əldə etməj istəyənlər isə 8 % təşkil edib.

Hal-hazırda kredit ödəyənlərin 45%-ni kişilər təşkil edir. Qadınlar kreditə çox da müsbət yanaşmır. Belə ki, rəyi soruşulan qadınların 70%-i kredit borcunun olmadığını bildirib.

Kredit götürənlərin 43 %-ni 35-54 yaş aralığında olan şəxslər təşkil edir.18-34 yaş aralığına mənsub repondentlərin 70% -i kreditdən istifadə etmədiklərini bildiriblər.

Maraqlısı odur ki, 18-34 (16%) və 35-54 (18%) yaş aralığında olan respondentlər krediti əsasən maddi durumlarını yaxşılaşdırmaq, 55 və çox yaşı olanlar isə sırf müalicə almaq üçün (33%) götürürlər.

Hal-hazırda heç bir bank krediti olmayanların cəmi 19%-i yaxın bir il ərzində kredit götürməyi düşündüyünü bildirib.

Qeyd edək ki, sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti