Gəlirini gizlətməyən sahibkarlara `yaşıl işıq` yandırılır

Gəlirini gizlətməyən sahibkarlara `yaşıl işıq` yandırılır
  05 Oktyabr 2016    Oxunub:1856
Azərbaycanda könüllü açıqlanmış vergi məbləğlərinə görə vergi ödəyicisinə faiz hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.
AzVision.az xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədov deyib. Onun sözlərinə görə, bütün bunlar vergi ödəyicilərinin vergi risklərinin minimuma endirilməsi, vergidən yayınma hallarının qarşısının alınması və könüllü vergi ödənişlərinin artırılması məqsədi daşıyır.

“Dövlət başçısının sərəncamına əsasən, elektron qaimə-faktura sisteminin tətbiqi ilə əlaqədar aidiyyəti qurumlarla razılaşdırılmaqla bir sıra qanunvericilik aktlarına dəyişiklik nəzərdə tutulur. Elektron qaimə-faktura sisteminin tətbiqi vergi sistemində elektronlaşmanın tərkib hissəsi olacaq. Bu, vergi ödəyiciləri tərəfindən qaimə-fakturanın təqdim edilməsinin sadələşdirilməsinə və elektron formada aparılmasına imkan yaradacaq. Başqa sözlə, malların yüklənməsi və göndərilməsi artıq elektron sistemdə əksini tapacaq. İndiyədək vergi orqanları daxil olan pul vəsaitlərini banklar vasitəsilə izləyə bilirdisə, bundan sonra malın hərəkətinə də nəzarət etmək imkanlarına sahib olacaq”, - deyə İdarə rəisi əlavə edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti