SOCAR Vyandakı ofisini bağladı

SOCAR Vyandakı ofisini bağladı
  05 Oktyabr 2016    Oxunub:1648
SOCAR mərkəzi ofisi Vyanada yerləşən Avstriyadakı rəsmi nümayəndəliyini bağlayıb.
AzVision.az xəbər verir ki, bu barədə nümayəndəliyin rəhbəri Gülmirzə Cavadov kütləvi informasiya vasitələrinə göndərdiyi məktubda bildirib. O, nümayəndəliyin bağlanmasının SOCAR-da islahatların aparılması ilə bağlı olduğunu qeyd edib.

“SOCAR Trading” şirkətinin, həmçinin SOCAR-ın xarici ofisləri normal iş fəaliyyətini davam etdirəcək”, - deyə məktubda bildirilir.

Qeyd edək ki, SOCAR-ın bütün xarici nümayəndəliklərinin fəaliyyətinin dayandırılması barədə qərar 2015-ci ilin dekabrında qəbul edilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti