Kiçik sahibkarlara güzəşt edilməyəcək - Nazir müavini

Kiçik sahibkarlara güzəşt edilməyəcək - Nazir müavini
  05 Oktyabr 2016    Oxunub:2103
Vergilər Nazirliyinə kiçik və orta sahibkarlara vergi güzəştinin tətbiqi barədə təklif olmadığından, onun müzakirəsi də aparılmır.
AzVision.az xəbər verir ki, bu barədə vergilər nazirinin müavini İlkin Vəliyev jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, kiçik və orta sahibkarlığa hər hansı əlavə vergi güzəşti gözlənilmir. “Bildiyiniz kimi, orta və kiçik sahibkarlıqla məşğul olan şəxslər Bakı şəhərində 4, regionlarda 2 faiz olmaqla sadələşdirilmiş vergi ödəyiciləridir. Hesab edirəm ki, bunun özü də bir güzəştdir”, - deyə İ.Vəliyev vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti