Azərbaycanla bağlı müsbət proqnoz

Azərbaycanla bağlı müsbət proqnoz
  05 Oktyabr 2016    Oxunub:2160
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanla bağlı bəzi proqnozlarını dəyişib.
AzVision.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyatla bağlı açıqladığı növbəti proqnozda deyilir ki, 2017-ci ildə Azərbaycanda 1,4%-lik iqtisadi artım olacaq.

Bundan başqa Fond cari il üçün Azərbaycanda real ÜDM-in dinamikası mənfi 3%-dən mənfi 2,4%-ə endirib.

IMF həmçinin Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu dəyişib: “Bu il Azərbaycanda orta illik inflyasiya 10,2%, gələn il isə 8,5% səviyyəsində olacaq. 2016-2017-ci illərdə işsizliyin səviyyəsinin 6% olacağı gözlənilir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti