Alyaskada iri neft ehtiyatları aşkarlanıb

Alyaskada iri neft ehtiyatları aşkarlanıb
  05 Oktyabr 2016    Oxunub:1743
Alyaskada sutkada 200 min barel neft hasilatını təmin edə biləcək iri neft ehtiyatları aşkarlanıb.
AzVision.az “The Wall Street Journal”-a istinadən xəbər verir ki, bu barədə “Caelus Energy” şirkəti bəyan edib.

Qeyd olunub ki, yataqlar şimal qütb dairəsindən 480 kilometr şimalda yerləşir. İlkin məlumatlara görə, yataqda 1,8-2,4 milyard barrel neft var.

“Caelus Energy” tərəfindən dəstəklənən “Apollo Global Management” fondu neftin hasilatı üçün ilkin olaraq dəyəri 800 milyon dollar olan 200 kilometr uzunluğunda boru kəməri çəkməyi planlaşdırır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti