BP Şimal dənizində 95 ton neft itirib

BP Şimal dənizində 95 ton neft itirib
  04 Oktyabr 2016    Oxunub:1273
BP-nin Şimal dənizində yerləşən Kler neft platformasında 95 tona yaxın neft itkisi olub.
AzVision.az xəbər verir ki, bu barədə BP-nin yaydığı məlumatda bildirilir.

İtkinin qarşısı bir saat ərzində alınıb. Bir neçə gün öncə baş verən hadisəyə səbəb isə texniki nasazlıqdır.

BP onu da geyd edir ki, belə hallarda çirklənmənin qarşısını almaq üçün ən yaxşı üsul neftin təbii yolla temizlənməsini gözləməkdir.

Şirkət hazırda texniki nasazlığın səbəbinin aradan qaldırılması üçün araşdırma aparır.

Qeyd edək ki, Kler platforması Şetlandiya adalarından 75 kilometr qərbdə yerləşir.

AzVision.az


Teqlər:  





Xəbər lenti