`Yerdən qaçın!` – Stiven Hokinqdən insanlığa çağırış

`Yerdən qaçın!` – Stiven Hokinqdən insanlığa çağırış
  01 Oktyabr 2016    Oxunub:28271
Britaniyalı alim Stiven Hokinq insanları yaşamaq üçün başqa planetlər axtarmağa çağırıb.

Hokinq hesab edir ki, artıq Yerdə yaşamaq olduqca təhlükəlidir və bu təhlükə hər gün daha da artır.

“Planetimizin hər hansı təbii və ya texnogen fəlakət nəticəsində məhvi an məsələsidir”,- deyə alim “Kosmik gəmini necə yaratmalı” kitabında yazır.

O, nüvə müharibəsini və genetik silahlarla virus hücumunu təhlükə üçün əsas risk olaraq göstərir.

Qeyd edək ki, Hokinq kosmologiya və kvant qravitasiyası ilə bağlı araşdırmaları və elmin təbliği ilə məşhurdur.

O, qara dəliklərin buxarlanmasının mümkünlüyü baradə ilk məqalənin müəllifidir. Yer kürəsinin, kainatın yaranması və Böyük Partlayış anından bu günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur.

Hələ tələbəlik illərində, Oksford universitetində təhsil aldığı dövrlərdə Hokinqinq çox az rastlanan amiotrofik skleroz xəstələyinə tutulduğu aşkarlanıb. Məhz bu xəstəlik ucbatından hazırda alimin əzələ aktivliyi minimuma enib. Bu gün o, miqyasına görə analoqu olmayan COSMOS layihəsi üzərində çalışır. Bu proqram Britaniya kosmoloji tədqiqatlarının başlıca nüvəsini formalaşdırmalıdır.


Səbinə
AzVision.az


Teqlər:  





Xəbər lenti