Dünyanın ən böyük radioteleskopu hazırdır - Video

Dünyanın ən böyük radioteleskopu hazırdır - Video
  26 Sentyabr 2016    Oxunub:3115
Çində dünyanın ən böyük radioteleskopu istifadəyə verilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Quyçjou vilayətində yerləşən teleskopun diametri 500 metr, qurğunun perimetri 1,6 kilometrdir. Tikintisi beş il davam edən layihənin icrasına 1,2 milyard yuan (185 milyon dollar) sərf edilib.

Teleskop dünyanın ən sürətli kompyuteri "Sky Eye 1" ilə əlaqələndirilib. Ehtimal olunur ki, ilk 2-3 ildə radioteleskopdan yalnız çinli mütəxəssislər istifadə edə biləcəklər. Teleskopdan 10 kilometr aralıda tikintiyə qadağa qoyulub. Hakimiyyət teleskopun ən azı 5 kilometrlik məsafəsində yaşayan 8-9 min nəfəri ərazidən köçürüb.



AzVision.az


Teqlər:





Xəbər lenti