“Qarabağ”ın baş məşqçisi danışdı

“Qarabağ”ın baş məşqçisi danışdı
  10 Avqust 2013    Oxunub:1249
"Bizə ən çətin rəqiblərdən biri düşdü"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri olan Almaniyanın “Ayntraxt” klubu barədə ilk fikirlərini açıqlayıb:

“Bizə ən çətin rəqiblərdən biri düşdü. Amma ilk oyunun Bakıda keçirilməsi çox yaxşı oldu. İstənilən halda oynamaq lazımdı. Bizim uğur qazanmaq üçün şansımız var. Biz bir neçə il öncə Almaniyanın “Borussia” (Dortmund) komandası ilə də qarşılaşmışdıq. Həmin oyunlarda məğlub olsaq da, “Ayntraxt” la görüşlərdə daha yaxşı oynamağa çalışacağıq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti