Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb
  19 Sentyabr 2016    Oxunub:1646
Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,6 faiz artaraq 28972,4 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən AzVision.az -a bildiriblər ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3011,7 manat təşkil edərək ötən ilə nisbətən 7,4 faiz artıb. Bu dövr ərzində gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,9 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 26275,4 milyon manat təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti