Kaladze və daha bir nazir istefa verdi

Kaladze və daha bir nazir istefa verdi
  08 Sentyabr 2016    Oxunub:2314
Gürcüstanda baş nazirin müavini, energetika naziri Kaxa Kaladze və kənd təsərrüfatı naziri Otar Daneliya istefa verib.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hər iki nazir “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürüb. Qanunvericiliyə əsasən, seçkilərə qatılan deputatlığa namizədlər öz vəzifələrindən istefa verməlidir.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi olan K. Kaladze proporsional siyahı üzrə ikinci yerdədir. Məhz buna görə, o, vəzifəsindən istefa verməlidir. Partiyanın sədri Giorgi Kvirikaşvili isə siyahı üzrə birinci yerdə olduğuna görə, həm də ölkənin baş naziri olduğuna görə seçkilərdə iştirak edəcək və yeganə vəzifəli şəxs olaraq öz postunu tərk etməyə bilər.

Bu gün axşam “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası özünün seçki proqramını təqdim edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti