Əcəmi haqqında filmin çəkilişi başlayıb │ FOTOLAR

Əcəmi haqqında filmin çəkilişi başlayıb    │ FOTOLAR
  30 İyun 2026    Oxunub:311
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində növbəti filmin çəkilişlərinə başlanılıb.

Dövlət sifarişi ilə “Şahdağ Film” tərəfindən lentə alınan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filmi memarın 900 illik yubileyinə həsr olunub. Ekran əsəri Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ərsəyə gətirilir.


Filmin çəkilişi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının dəstəyi ilə Şuşa şəhərində, Gəncə şəhərində, Qaradağ rayonunda, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində həyata keçirilir.

Filmin bu ilin oktyabr ayına kimi təhvil verilməsi planlaşdırılır Çəkiliş meydançasından ilkin görüntüləri təqdim edirik.







Teqlər: Kino   ARKA   Əcəmi  



Xəbər lenti