UFC Bakı turniri başa çatıb

UFC Bakı turniri başa çatıb
  27 İyun 2026    Oxunub:173
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turniri başa çatıb.
Milli Gimnastika Arenasında təşkil olunan turnirdə əsas döyüş Azərbaycan təmsilçisi Rafael Fiziyev ilə meksikalı Manuel Torres arasında olub. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı üstələyib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) məğlub olub.

Qeyd edək ki, Azərbaycanda UFC turniri ilk dəfə ötən il təşkil edilmişdi.


Teqlər:



Xəbər lenti