Fon der Lyayen Bakıdadır

Fon der Lyayen Bakıdadır
  01 İyul 2026    Oxunub:193
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni hava limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşıladılar.

"Avropa İttifaqı Cənubi Qafqazın sülh içində, firavan və parlaq gələcəyə inanır. Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik. Mən, həmçinin Aİ–Azərbaycan tərəfdaşlığını ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata daha da dərinləşdirmək üçün Bakıdayam”, - deyə Ursula Fon der Lyayen “X” hesabında yazıb.


Teqlər: Avropa-İttifaqı  



Xəbər lenti