“CinemaPlus” VIP zallarının qiymәtlərini aşağı saldı

“CinemaPlus” VIP zallarının qiymәtlərini aşağı saldı
  02 Sentyabr 2016    Oxunub:2072
“CinemaPlus” kinoteatrlar şəbəkəsi VIP zala satılan biletlərin qiymətlərində dəyişiklik edib.
AzVision.az xəbər verir ki, oktyabr ayının 1-dək həftə içi bazar ertəsi - cümə axşamı günləri VIP zala biletlərin qiymətləri 10 AZN, həftənin cümə, şənbə və bazar günləri isə 15 AZN olacaqdır.

Kinoteatrların VIP zallarında tamaşaçıların film izləyərkən qida və içki sifariş etmək imkanları olacaq. Həmçinin kino nümayişi zamanı mobil telefonları kreslolarda xüsusi quraşdırılmış USB avadanlığı vasitəsilə cərəyanla doldurmaq imkanını da əldə edəcəklər

Zallar İspaniya istehsalı olan yüksək keyfiyyətli “Figueras” şirkətinin rahat kreslolar ilə təchiz olunub.
Biletləri kinoteatrın kassalarından, İOS və Android platformaları əsasında yaradılmış yeni mobil əlavəsindən, www.cinemaplus.az rəsmi saytından onlayn olaraq əldə etmək olar və ya 012 499 89 88 və 119 nömrələrinə zəng vurmaqla sifariş vermək olar.



Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti