Səməd Seyidov Astanada Metsamor təhlükəsindən danışdı - VİDEO

Səməd Seyidov Astanada Metsamor təhlükəsindən danışdı - VİDEO
  30 Avqust 2016    Oxunub:3943
Qazaxıstan paytaxtı Astanada Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfrans keçirilib.
AzVision.az xəbər verir ki, prezident Nursultan Nazarbayevin də qatıldığı tədbirdə 51 ölkə və 20 beynəlxalq təşkilatdan 1000 nəfər iştirak edib.

Səməd Seyidov tədbirdə Milli Məclisi komitə sədri, Azay Quliyev isə ATƏT PA-nın vitse-prezidenti qismində bu qurumu təmsil edib. Konfrans çərçivəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S.Seyidov "Nüvə silahları və ya müharibə olmadan təhlükəsizlik” mövzusunda paneldə çıxış edib.

“Prezident Nazarbayev iki əhəmiyyətli iş görüb. O, bütün dünya üçün təhlükə xarakteri daşıyan obyekti bağlayıb və öz təşəbbüsləri müxtəlif nüvə materiallarının qanunsuz transferlər axının qarşısını alıb. Təəssüflər olsun ki, bu problem hələ də dünyada, eləcə də bizim regionda qalmaqdadır. Fürsətdən istifadə edib Ermənistandan olan həmkarlarıma müraciət etmək istəyirəm. Axı bizim region seysmoloji cəhətdən aktiv zonada yerləşir. Metsamor Atom elektrik stansiyası isə dünyada köhnə stansiyadır. Əziz dostlar inanın ki, Çernobıl, Fukusima və Semipalatanisk Hirosima və Naqasaki kimi eyni səviyyədə faciədirlər. Ona görə də dünya birliyi nəyinki nüvə silahının aradan qaldırılması, lakin nüvə bombası kimi təhlükəli olan köhnə texnologiyaların yığışdırılması üçün tədbirlər görməlidir. Bu gün ən böyük təhlükə nüvə materiallarının sızıntısıdır. Təsəvvür edin, bizim regionda son bir neçə ildə 11 nüvə materialı oğurluğu halı qeydı alınıb. Sonuncu hal 2016-cı ilin aprel ayında qeydə alınıb. Bu vaxt Gürcüstan xüsusi xidmət orqanları əməkdaşları Metsamor AES “uranium-238” maddəsini daşıyan şəxslər saxlanılıb”, - deyə Seyidov çıxışı zamanı bildirib.



Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti