Hakan Şükür peşmandır: `FETÖ əleyhdarıyam`

Hakan Şükür peşmandır: `FETÖ əleyhdarıyam`
  25 Avqust 2016    Oxunub:2452
Türkiyənin sabiq futbol ulduzu, keçmiş millət vəkili Hakan Şükür Fətullahçı Terror Təşkilatının (FETÖ) əleyhdarı olduğunu bəyan edib.
AzVision.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü sözügedən qruplaşma ilə heç bir əlaqəsi olmadığını bildirib.

"Bəzilərinin danışdığı kimi kimlərinsə dizinin dibində yatan, onların dediyini edən deyiləm. İnanın ki, "xərçəng" xəstəliyi səbəbi ilə əməliyyatdan yeni çıxmış anam başda olmaqla, "şəkər" xəstəsi olan atam və bütün ailə üzvlərimiz bu duruma üzülürük. Tamamı ilə başqa dünyanın insanları olan ailəmin FETÖ ilə heç bir əlaqəsi yoxdur. İllərini ölkəsinə xidmət üçün vermiş, ölkəsini hər yerdə tanıtmış, bayrağını ucaldan biri kimi bunları yaşamaq çox çətindi. Son olaraq dövlət çevrilişinə cəhd edənləri lənətləyir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qəlbini qırdığım insanlar varsa, onlardan da üzr istəyirəm" deyə, sabiq millət vəkili açıqlamasında qeyd edib`.

Qeyd edək ki, uzun illərdir "fətullahçı" kimi tanınan H. Şükür 2013-cü il dekabrın 16-da Ədalət və İnkişaf Partiyasından istefa verib. Bu gün isə o, sosial şəbəkədəki səhifəsində FETÖ-nun əməlləri qarşısında üzgün və çaşqın durumda olduğunu bəyan edib, hərbi çevriliş cəhdini lənətləyib, şəhidlərə rəhmət diləyib.

H. Şükürün atası Sermet Şükürün həbsindən və Türkiyədə dəyəri 200 milyon lirə olan mal və mülklərinə həbs qoyulmasından sonra belə bir bəyanat verməsi diqqət çəkir. O, hazırda ABŞ-da yaşayır.

AzVision.az


Teqlər:





Xəbər lenti