Bayram namazının vaxtı bəlli oldu

  06 Avqust 2013    Oxunub : 480
Bayram namazının vaxtı bəlli oldu
Bakıda Bayram namazı Təzəpir məscidində qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bayram namazının qılınması üçün şəriətə görə, ayın görünməsi vacibdir. Namaz ayın Azərbaycan ərazisində görünməsindən asılı olaraq avqrustun 8-i və ya 9-da olacaq. Namaz səhər saat 09:00-da Təzəpir məscidində qılınacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ayın təzələnəcəyi vaxtı açıqlayıb. Ramazan ayından sonra ayın təzələnməsi avqustun 6-dan 7-nə keçən gecə saat 02:52-də baş verəcək.
Yeni ayı 2-3 gündən sonra görmək mümkün olacaq.

Qeyd edək ki, Ramazan bayramı avqust ayının 8-9-na təsadüf edir. (Ans)

Teqlər: