Hava dəyişkən buludlu olacaq

Hava dəyişkən buludlu olacaq
  06 Avqust 2013    Oxunub:1264
Avqustun 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısamüddətə tutulacağı gözlənilir.

Temperatur gecə 18-23°, gündüz 28-33° isti olacaq.
Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 24-25° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperaturun gecə 18-23°, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 8-13°, gündüz 19-24° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 15-19°, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi şimal və şərq rayonlarında qısamüddətli az yağacağı ehtimalı var.

Temperatur gecə 12-17, gündüz 27-32° isti olacaq.
Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 18-23°, gündüz 31-36° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 19-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti