Vaqif Hacıbəyli : `Əli Kərimli müxalifətə torba tikdi`

 Vaqif Hacıbəyli : `Əli Kərimli müxalifətə torba tikdi`
  06 Avqust 2013    Oxunub:1045
Tanınmış müxalifətçi, İctimai Palatanın üzvü Vaqif Hacıbəyli AXCP sədri Əli Kərimlini faceboook profilində sərt tənqid edib. Onun Partiya sədrinə ünvanladığı mesajı olduğu kimi təqdim edirik:

"Əli Kərimlinin misgin bir durumda olduğunu,hətta Milli Şura və vahid namizəd ətrafında yaranmış şəraitə şərh vermək iqtidarında belə olmadığını bildirmişdim.Ətrafındakı bəzi "ağıllılar" anonim imzalarla cavab verdilər ki,Əli bəy müxalifətə yaxşı torba tikib,tərpənə bilmirlər.Nəhayət onun özünün cari durumla bağlı şərhi bu gün məlum olub. Ənənəvi şantaj (onu tənqid edənlər pulla ələ alınıblar)demoqoqiya (hər şeyi düz etmişik və bu səbəbdən iqtidar artıq şalvarını batırıb) və hikkə (indidən sonra da mən deyən olacaq). Nə olsun? Nədir qazancın? Musavat pis - yaxşı təbliğatını aparırdı,onları iflic etdiz.Təriflədiyiniz Milli Şuranın hansı səmərəsi var? İş o yerə çatıb ki,Rəsul Quliyev demokratik düşərgənin vahid namizədi olmaq iddiasına düşüb.Budurmu uğur? Üzərinə məsuliyyəti götürüb xalqı irticaya qarşı aparmaq iqtidarında olanları vaxtında hədəfə götürüb şantaj etdiniz,onlara arxadan zərbə vurdunuz,ətrafınizdakılar demişkən "torba tikdiniz".

Məsuliyyəti üzərinizə götürüb xalqı arxanizca aparmağa özünüzdə siyasi cəsarətiniz olmadığından vəziyyətdən çıxış yolu kimi Rüstəm İbrahimbəyovu qabağa verdiniz, indi də siyasi məkrlərdən bixəbər olan bu adamın siyasi təcrübəsizliyindən istifadə edərək ona bu gün dediyi fikri sabah dəyişməyə vadar edərək müxalifətdaxili siyasi mübarizədə alətə çevirmək istəyirsiz.Bəs deyilmi bu oyunlar? Milli Şuranın antimusavat siyasi kursunun bu qurumun siyasi nüfuzuna öldürücü siyasi təsir göstərdiyinin fərqində deyilsinizmi? Milli Şuranın alternativi yoxdur deyir ,Əli Kərimli. Bəli, birliyin alternativi həqiqətən yoxdur,lakin bu mənəvi əsası olan birlik olmalıdı,hədəfi irticaya qarşı olan birlik olmalıdı,müxalifətdaxili münasibətlərin sağlamlaşmasına xidmət edən birlik olmalıdı,ölkədə siyasi fəallığın artırılmasına təkan verən birlik olmalıdı.Hələlik isə bunların tam əksini görürük ".

AzVision.az


Teqlər:  





Xəbər lenti