Şoyqu Ohanyanla nəyi müzakirə etdi?

Şoyqu Ohanyanla nəyi müzakirə etdi?
  16 Avqust 2016    Oxunub:2249
Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqustun 16-da İrəvanda erməni həmkarı Seyran Ohanyanla görüşüb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, görüşdə Cənubi Qafqazda təhlükəsizlik və ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

S.Şoyqu Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində pulsuz təhsil alan erməni hərbçilərinin sayını artırmağa hazır olduqlarını deyib.

Seyran Ohanyan isə öz növbəsində Rusiya ilə nəzərdə tutulan bütün hərbi planları yerinə yetirdiklərini diqqətə çatdırıb.

Nazirlərin görüşün təfərrüatları barədə danışan Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov isə bildirib ki, görüş zamanı Rusiyada Ermənistan silahlı qüvvələri üçün kadrların hazırlanması məsələsi müzakirə olunub. O, qeyd edib ki, hazırda Rusiya Müdafiə Nazirliyinin 24 təhsil müəssisəsində 203 erməni hərbçi ödənişsiz təhsil alır: “Bu il daha 211 hərbçi qəbul olunacaq”.

“Rusiyanın Ermənistandakı hərbi bazası Qafqazda sabitliyin təminatçısıdır” deyən A. Antonov qeyd edib ki, hər iki ölkənin ordularından ibarət birləşmiş dəstə yaradılır: “ Bu barədə razılaşmanın imzalanmasına hazırlıq yekunlaşmaq üzrədir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti