Axtarışda olan 70 nəfər Azərbaycanda tutuldu

Axtarışda olan 70 nəfər Azərbaycanda tutuldu
  05 Avqust 2013    Oxunub:915
Hesabat dövründə ölkədə qeydə alınan bədbəxt hadisələr nəticəsində 11 nəfər ölüb, 1З nəfər yaralanıb, 3 nəfər isə həyatına qəsd edib.
Azərbaycan polisi, ötən həftə ərzində 68 nəfər axtarışda olan şəxsi saxlayıb. Bu barədə AzVision.az Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.

Hesabat dövründə ölkədə qeydə alınan bədbəxt hadisələr nəticəsində 11 nəfər ölüb, 1З nəfər yaralanıb, 3 nəfər isə həyatına qəsd edib.

Bundan başqa qətl törətməkdə şübhəli bilinən 4 nəfər, adam öldürməyə cəhd edən 9, oğurluğ görə isə 24 , nəqliyyat vasitəsinin qaçırılması, insan alveri, xuliqanlığa görə isə hər cinayət üzrə 1 nəfər saxlanılıb.

Qanunsuz silah və döyüş sursatları saxlama üzrə isə 4 fakt aşkarlanıb.

S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti