Sabahdan hava istiləşir

Sabahdan hava istiləşir
  05 Avqust 2013    Oxunub:1236
Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yaxın iki gündə Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 30-32, Aran rayonlarında 31-36, dağlıq rayonlarda isə 19-24 dərəcə isti təşkil edəcək.

Avqustun 6-sı və 7-də Azərbaycanın əksər rayonlarında yağmursuz hava şəraiti hökm sürəcək, lakin avqustun 6-da günün birinci yarısında bəzi şimal rayonların azmüddətli yağış yağacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti