`Ermənistan ölür, xilas edəcək kimsə yoxdur` - Şarl Aznavur

`Ermənistan ölür, xilas edəcək kimsə yoxdur` - Şarl Aznavur
  13 Avqust 2016    Oxunub:7781
"Ermənistan günbəgün boşalır və çox yaxın gələcəkdə boş balıqqulağına çevrilə bilər. Bu kimə lazımdır? Üç quldur zənginə? Bütün bunlardan sonra bəziləri hələ də Türkiyənin "soyqırımı" tanımamasından danışır. Ermənistan özü isə çox ciddi fəlakətin astanasındadır"
Bu fikirləri bütün dünyada məşhur şanson ifaçısı olan Şarl Aznavur "Nouvelles d Armenie" qəzetinə müsahibəsində deyib.

"Anlamıram, hal-hazırda bu, ölkənin inkişafına necə kömək edə bilər və bu siyasət bizi hara aparır? Məni bu sözlərimə görə qınayacaq və bunları Ermənistanın rifahı üçün etdiklərini deyə biləcək adamlar hardadır?

İstəyirəm ki, Ermənistanda nəhayət xalq, ölüb gedən xalq üçün də nəsə yaradılsın. İndi Ermənistanda neçə erməni qalıb? Mənə deyirlər ki, 2,3 milyon, hakimiyyət isə 3,6 milyon nəfər deyir. Yalandır. Tezliklə bu rəqəm 1,8 milyon, daha sonra isə ümumiyyətlə 1 milyon olacaq və büsbütün mafiyanın əlinə keçəcək. Həmin vaxt ölkəmizin rifahı üçün ümdlərimizi kimə bağlayacağıq? Çinlilərə?" - deyə Şarl Aznavur vurğulayıb. (Virtualaz.org)

AzVision.az



Teqlər:  





Xəbər lenti