Qiyamda ölənlərin ailələrinə 240 min pul veriləcək
Nazirin sözlərinə görə, mülki və xidmət çəkən şəxslərin ailələri 240 min lirə məbləğində (79 min dollar) birdəfəlik kompensasiya alacaqlar.
Bundan başqa, onlara hər ay 3,2 min lirə (1000 dollaradək) müavinət veriləcək, həmçinin, ailənin iki üzvü daimi işlə təmin olunacaq.
Qeyd edək ki, Türkiyədə iyulun 16-na keçən gecə hərbi çevriliş cəhdi nəticəsində 246 nəfər (qiyamçıları çıxmaq şərti ilə) həlak olub, 2 mindən çox şəxs yaralanıb.