Bakıda 32 dərəcə isti olacaq

Bakıda 32 dərəcə isti olacaq
  03 Avqust 2013    Oxunub:1126
Bəzi yerlərə şimşək çaxacaq, yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, avqustun 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Temperatur gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.

Abşeron çimərliklərində temperatur 24-26 dərəcə isti təşkil edəcək.

Rayonlarda avqustun 4-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti