Türkiyədəki qiyamda 237 nəfər şəhid olub

Türkiyədəki qiyamda 237 nəfər şəhid olub
  30 İyul 2016    Oxunub:1808
Türkiyədə hərbi çerilişə cəhd zamanı 170 dinc sakin, 62 polis əməkdaşı və 5 hərbi qulluqçu şəhd olub.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, ümumilikdə ölkədə hərbi çevrilişə cəhd nəticəsində ölənlərin sayı 237 nəfərdir: “ Yaralıların rəsmi sayı isə 2 191 nəfər təşkil edir”.

Türkiyə prezidenti şəhidlərin xatirsənin əbədiləşdiriləcəyini deyib: “Şəhidlərin əziz xatirəsini yaşatmaq üçün Boğaziçi körpüsü “Şəhitlər Körpüsü”, TBMM-in qarşısında yerləşən meydan isə “Şəhitlər Meydanı” adlandırılacaq”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti