Putin əmr verdi: Suriyada əməliyyatlar başlayır

Putin əmr verdi: Suriyada əməliyyatlar başlayır
  28 İyul 2016    Oxunub:2378
Rusiya prezidenti Vladimir Putin Suriya rəhbərliyi ilə birgə Hələb şəhərində genişmiqyaslı humanitar əməliyyat keçirilməsinə dair tapşırıq verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Şoyqunun sözlərinə görə, əməliyyatın əsas məqsədi mühasirəyə alınan şəhərdən insanların çıxa bilməsi üçün dəhlizlərin yaradılmasıdır.

Nazir bildirib ki, münaqişə tərəflərinin barışdırılması üzrə Rusiya Suriya rəhbərliyi ilə birgə Hələbdən dinc sakinlər və yaraqlıların çıxması üçün bir neçə dəhliz açacaq. Yerli sakinlərə, həmçinin isti yemək və tibbi yardımın da verilməsi nəzərdə tutulub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti