Klinton tarixə düşdü - 240 ildən sonra ilk dəfə

  27 İyul 2016    Oxunub : 2739
Klinton tarixə düşdü - 240 ildən sonra ilk dəfə
ABŞ-ın Demokratlar Partiyası sabiq dövlət katibi Hillari Klintonu cari ilin noyabr ayında keçiriləcək seçkilərdə ölkə prezidentliyinə namizədi kimi təsdiq edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar partiyanın Filadelfiyadakı qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub. Bununla da, Birləşmiş Ştatların 240 illik tarixi ərzində ilk dəfə sistem formalaşdıran iki siyasi partiyadan biri tərəfindən ali dövlət postuna qadın namizəd irəli sürülüb.

Klinton seçkilərdə demokratları təmsil etmək barədə rəsmi razılığını cümə axşamı Filadelfiyada keçiriləcək partiya qurultayında elan edəcək.

AzVision.az

Teqlər: