`Sherlock`-un yeni mövsümünün treyleri - VİDEO
Serialda baş rolları Benedikt Kamberbetç (Benedict Cumberbatch) və Martin Friman (Martin Freeman) ifa edir.
Dördüncü mövsümün süjet xətti açıqlanmasa da filmin ssenari müəllifi Mark Qetiss (Mark Gatiss)2016-cı ilin fevralında bəzi detallar barədə açıqlama verib. Onun sözlərinə görə yeni mövsümdə Holms və Maykroft arasında süjet xətti inkişaf etdiriləcək, epizodlardan birində isə onların uşaqlıq illəri nümayiş etdiriləcək.
Şerlok - Mark Qatis tərəfindən ümumi məzmunu Artur Konan Doylun eyniadlı romanı əsasında televiziya üçün yaradılan serialdır.
Bu serial romandan fərqli olaraq 2010-cu illərdə baş verir. Burada Şerlok Holmsun kredit kartları, telefonu var və o, avtomobil və metrodan istifadə edir.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: