Atası türk, anası çərkəz olan nazir - Borisin dosyesi

Atası türk, anası çərkəz olan nazir - Borisin dosyesi
  21 İyul 2016    Oxunub:35229
Xəbər verdiyimiz kimi, Devid Kemeronunun istefasından sonra Böyük Britaniyada yen hökumət qurulub. Kraliça II Yelizavetanın qərarı ilə Tereza Mey baş nazir təyin edilib.

Diqqətçəkən təyinatlardan biri Böyük Britaniyanın xarici işlər naziri postuna türk əsilli diplomat Boris Consonun gətirilməsidir.

Boris Conson kimdir? Onun tərcümeyi-halı siyasət kluarlarında müzakirə predmetinə çevrilib.

Boris Conson 19 iyun 1964-cü ildə Nyu-Yorkda anadan olub. Onun ulu babası, türk jurnalist Əli Kamal Əhməd Tevfik Paşanın dönənimdə Osmanlı imperiyasının daxili işlər naziri olub.

Consonun ulu nənəsi isə Qafqazdan qaçan çərkəz qadındır. Consonun babası Osman Əli 1920-ci ildə Böyük Britaniyaya köçüb və özünə Uilfred Conson adını götürüb.

Borisin bir qardaşı və iki bacısı olub.



1970-ci ildə Borisin atası Stenli Conson Vahid Avropada ətraf mühitin çirklənməsinə nəzarət edən ilk səlahiyyətli şəxslərdən biri olub. Ona görə də Boris məktəbə Belçikanın paytaxtı Brüsseldə gedib. Daha sonra ailə Böyük Britaniyaya köçüb və Conson təhsilini burada davam etdirib.

O, 1983-1984-cü illərdə Oksford universitetinin Balliol kollecində təhsil alıb. Universitet təhsili aldıqdan sonra siyasət və jurnalistika sahələrində çalışıb.

2011-ci ildə keçirilən parlament seçkilərində Böyük Britaniyanın Konservatorlar partiyasının nümayəndəsi kimi Henli seçici dairəsindən parlamentin nümayəndələr palatasına seçilib. 2005-ci ildən yenidən deputat seçilən Boris Conson 2008-ci ilə qədər öz səlahiyyətlərini cira edib.

2004-cü ildə Conson Böyük Britaniyanın mədəniyyət işləri üzrə “kölgə” kabinetində yer alıb.



1 may 2008-ci ildə London meri vəzifəsi uğrunda keçirilən seçkilərdə Böyük Britaniyanın Konservatorlar Partiyasından namizədliyi irəli sürülüb. O, seçkilərin ilkin turunda 42,48 %, ikinci turunda 53,2 % səs toplayıb.

Leyboristlər partiyasının nümayəndəsi isə müvafiq olaraq yalnız seçicilərin 36,38 % və 46,8 %-nin səsini toplayıb.

O, 2012-ci ilin mayında yenidən London meri seçilib. Onun London meri olduğu vaxt ən böyük uğuru 2012-ci ildə yay Olimpiya oyunlarının keçirilməsi olub.

2016-cı ildə Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması haqqında referendumun hazırlanması və keçirilməsində “Brexit”in aktiv tərəfdarı olub.



Böyük Britaniyanın Aİ-dən çıxmasının tərəfdarları seçkilərdə qalib gəldikdən sonra hesab olunurdu ki, Conson öz namizədliyinin Konservatorlar partiyası və Böyük Britaniya baş nazirliyinə irəli sürəcək. Lakin iyunun 30-da onun dostu Maykl Qouv Konservatorlar partiyasının rəhbərliyinə öz namizədliyini irəli sürdükdən sonra Boris Conson keçirdiyi mətbuat konfransında namizədliyini irəli sürməyib

Boris Conson 13 iyun 2016-cı ildə baş nazir Tereza Mey tərəfindən Böyük Britaniyanın xarici işlər naziri postuna təyin olunub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti