Türkiyədə nə baş verir? - Qiyamdan 5 gün sonra

Türkiyədə nə baş verir? - Qiyamdan 5 gün sonra
  20 İyul 2016    Oxunub:3560
Türkiyədə “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) üzvü və tərəfdarı olduğu iddiası ilə dövlət məmurlarının kütləvi şəkildə işdən uzaqlaşdırılması prosesi davam edir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan istintaq çərçivəsində ölkənin bütün universitet rektorlarının və müəllimlərinin xaricə çıxmasına qadağa qoyulub. Qadağa 150 min 886 elm xadiminə tətbiq olunub.

Bundan başqa aparılan istintaq çərçivəsində daha 788 şübhəli barəsində həbs qərarı verilib. Onların arasında 12 general, 1 admiral, polis, müəllim və əsgərlər də var. Hərbi çevriliş cəhdində təqsirləndirilən daha 1 522 şübhəlinin məhkəmə prosesinin keçirilməsi gözlənilir.

Eyni zamanda Türkiyə Böyük Millət Məclisi aparatında 30 əməkdaş vəzifəsindən qovulub. Onların arasında TBMM baş katibinin müavinləri Məhəmməd Bozdağ, Kamal Kaya və Mustafa Tamirci də var.

AzVision.az


Teqlər:  





Xəbər lenti