Traybozavr

Traybozavr
  01 Avqust 2013    Oxunub:2446
(`Xalq quldurları, oğruları və satqınları Şurası` silsiləsindən)
Heybətli inqilab qəhrəmanlarının şəkilləri hələ də sosial şəbəkə okeanında üzür. Tiflis şəhərində böyük hissəsi fırıldaqçılardan ibarət izdihamda tanış üz çox idi. Düşündüm ki, qiyamçılar Milli Şuranın tarixi məqbərəsindəki küldən Simurq quşu kimi qalxır və mərhum Məmməd Əmin Rəsulzadəni dirildir.

Diqqət etsək görərik ki, “Bozqurd”lu Köçəri və politoloq Quliyevin yanında dayanan bu insan Məmməd Əmin Rəsulzadənin keçən əsrin 50-ci illərinin əvvəlindəki vaxtlarına oxşayır. Bığsız formada eynilə Rəsulzadədir. Məhz ilk respublikanın banisinə görünüşcə bənzədiyi üçün diqqətimi cəlb edən bu qəribə insan sonra necə oldusa həmçinin Milli Şuranın yaradılma mənbələrində yer tapdı. Amma çar Rusiyası və yeni Zaqafqaziya Seyminin dağılmasından sonra yaranan Milli Şura deyil, bizim əldəqayırma Milli Şuranın.



Mən heç vaxt Rəsulzadəyə bu cür bənzər insan görməmişdim. Nəhayət, mənim tapıntılarım uğurla nəticələndi – hörmətli oxucu indi sizin qarşınızda - Azərbaycan Kommunist partiyasının yaradıcısı, əsl leninçi, sonra əliyevçi və daha sonra müxalifətçilərdən bərk yapışan daha bir dövlət xadimi dayanır. Adı barədə heç nə demək lazım deyil. O, Nurəddin Mustafayevdir.



Eyni zamanda, əsl, saxta olmayan Milli Şura yarananda Trotski bu insanı “Boz ləkə”, Stalin isə “Daşın altı” adlandırardı. Çünki dünənə kimi, mövqeyində möhkəm dayanan və öz şüuru ilə mübarizə aparan N.Mustafayev qəfildən tamamilə əks istiqamətə keçir.

Nurəddin Mustafayevin yolu uzun və keşməkeşli olsa da, bir az şərəfsiz idi. Bu insanın XXI əsr azərbaycanlılarının nəsil seqreqasiyasının təcrübəsi həyata keçirilən şərti laboratoriya başçısı olduğunu xatırlatmağa dəyər. Yeri gəlmişkən, başında demokrat Mustafayev və fürer İnsanov dayanan bu nasist laboratoriyasını İlham və Mehriban Əliyevalar dağıtdı. Bu, “Ağrıdağ” (Ararat) hərəkatının lideri, insanları həmyerlilik prinsipi ilə öz təşkilatında birləşdirən Nurəddin Mustafayevin yerli liberal-demokratiyasıdır.



Bu traybozavr partiyasının keçmişi də onu şərəfli etmir. O “xalq nəzarəti”ndə öz karyerasına başlayıb. Sovet insanları bilirlər ki, Sosial Mülkiyyətin Oğurlanması ilə Mübarizə Bölməsi ilə yanaşı, bu struktur çürüyən sosializm dövründə ən çox korrupsiya olunanı idi. Yoldaş Mustafayev məhz burada oğurluğu və rüşvət almağı öyrənib. İndiyə qədər traybozavr zülmü altında sıxılan şəkililər xatırlayır ki, keçmiş yüzilliyin 70-ci illərində partiyanın Şəki rayon komitəsinin 1-ci katibi yoldaş Nurəddin Mustafayev rayonu necə qarət edib. “Mustafayev yalnız qızıl götürürdü, nağd pul onu qane etmirdi” - yetim və soyulmuş şəkili xatırlayır. Halbuki, bu cavan oğlan rayonun yenidən qurulması üçün göndərilmişdi. Yenidən qurmanı N.Mustafayev özünəməxsus şəkildə anlayıb. O, beynəlmiləlçilik və erməni-Azərbaycan dostluğu (sevgidən seqreqasiyaya bir addım) ideyalarına sadiq qalaraq, qadına abidə qoyan erməni heykəltəraşlarını Şəkiyə dəvət edir. Bəziləri danışır ki, abidə erməninin şərəfinə ucaldılıb. Yumor hissinə görə digər azərbaycanlılardan fərqlənən şəkililər 1-ci katibin bu zarafatını anlamır. Camaat abidəni dağıdır və canını qaçmaqla qurtaran Mustafayevə hücum edir.

Ayaqları Mustafayevi yedirtmirdi, amma onu xilas edirdi. Şəkidəki biabırçılıqdan sonra qızıl mədənləri partiyanı və hökuməti gözdən saldı, erməni abidəsi isə az qala millətlərarası münaqişəyə səbəb olacaqdı. Amma partiya gənc Mustafayevə rəhm eləyir və bu dəfə ona Naxçıvanı etibar edir. Amma burada - şiəliyin hakim olduğu Azərbaycanın ənənəvi dini guşəsində Nurəddin Mustafayev yalnız partiya işlərilə deyil, həm də sevgi ilə maraqlanmağa başlayır. Mirzə Cəlilin təsdiq etdiyi kimi xüsusi camaat olan nehrəmlilər şayiələrə görə iddia edirlər ki, birinci katib qadınlara sataşmağa başlayır. Mustafayevi Qriboyedovun taleyi gözləyirdi. Bəlkə də, keçmiş və sadiq əlaltıları kömək etməsəydi, onu bulaşıq gölməçədə tapardılar. Hadisə çuxurundan çıxır. Qəzəblənmiş camaat partiya komitəsinin binasına hücum etməyə, şüşələri sındırmağa və qərargahı dağıtmağa başlayır… Mustafayev Naxçıvandan Ordubad şossesi ilə qaçır. Mərkəz nümayəndələri – MK-nin nümayəndə heyəti coşmuş nehrəmliləri güclə sakitləşdirir.



Bununla da partiyanın yoldaş Mustafayevə etimadı qalmadı. Onu gözə görünməz yeşiyin içində gizlətdilər. Və yalnız imperiyanın tənəzzülə uğramasından sonra, yenidənqurmanın ən qızğın çağında o, dövlət taxıl rəhbəri postunun sahibi oldu. Mustafayevin hakimiyyəti uzun çəkmədi, bir neçə ay ərzində o ölkənin bütün taxıl ehtiyatını çapıb taladı...

Patriarx qayıtdı. Və üçüncü respublika yaratdı.Mustafayev hər cəhdlə hakimiyyətin mərkəzinə keçmək istəyirdi, istər əsas, istərsə də arxa girişdən... Lakin cəhdləri boşa çıxdı, o heç nəfəslikdən də keçə bilmədi. Belə olan halda, Mustafayev Hitlerin irqi ayrıseçkilik nəzəriyyəsinə əsasən Ermənistandan qaçqın düşən azərbaycanlıların xüsusi kateqoriyaya ayrılması ilə bağlı ayrıca bir nəzəriyyə fikirləşdi. Mustafayev rasist oldu, çünki özü də Ermənistandan gələnlərdən idi və özünü təsdiqləmək üçün başqa çıxış yolu yox idi. Nəhayət o, özünü hərtərəfli təmin olunmuş insan kimi hesab edə bildi. Lakin bu da çox çəkmədi. Yoldaş-kommunistdən cənab-rasistə çevrilən, bütün dəlikərdən hökumətə girməyə can atan Mustafayev, 40 il əvvəl ona can, nəfəs verən Sistemə və liderə çağırış etdi. O, Heydər Əliyevi və onun hökumətini, daha sonra da ilham Əliyevi satdı... və demokrat oldu. Yalnız Azərbaycanda insanlar əvvəl kommunist olub sonra traybozavra, daha sonra yenidən liberal insana çevrilə bilər.

Bundan sonra Mustafayev düzələsi deyil, sadəcə onu yaddan çıxarmaq lazımdır. Bax elə buna görə də özünü rəhmətlik Məmməd Əmin Rəsulzadənin tərəfdarı kimi qələmə verən Nurəddin Mustafayev, rəhmətliyin Batumi tezislərini təkrar edərək Milli Şuranı Tbilisidə rəsmi Bakıya qarşı mübarizəyə (demək olar ki, silahlı üsyana) səslədi. Bircə Mustafayevdən soruşan lazımdır ki, nəyə görə onu yaradan hökumətə bu qədər nifrət edir? Yəqin, o özü- özünü çox yaxşı tanıyır. Deyirlər bu insan başını o qədər itirib ki, o özünü gələcək prezident və millətin xilaskarı kimi görür.

Soruşmaq lazımdır ki, ötən il 70 yaşı tamam olan və həyatda demək olar ki, bəxti gətirməyən birinə daha nə lazımdır? O, indi bədbəxt taleyi və uşaqlarını fikirləşməlidir... Mustafayevsə razılaşmır, o, sonun başlanğıc olduğunu düşünənlərdəndir... Əsl həqiqətin nə olduğunu isə anlamır-başa düşmür ki, siyasətdə haqsız olanlar uduzan kəslərdir və tarix amansızlıqla onların cəsədlərini tapdalayıb keçir.

haqqin.az

Tərcümə:
Səbinə Həsənova
Leyla Cavadova
AzVision.az



Teqlər:  





Xəbər lenti