Səfirlikdəki nümayəndəmiz vəfat etdi

Səfirlikdəki nümayəndəmiz vəfat etdi
  01 Avqust 2013    Oxunub:1021
Azərbaycanın Almaniyadakı səfirliyin ikinci katibi Tural Qurbanov Maldiv adalarında vəfat edib.
Azərbaycan Xarici İşlər Nazirliyi diplomatın ölümü ilə bağlı məlumat açıqlayıb.

AzVİsion.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Elman Abdullayev APA-ya bildirib. O, qeyd edib ki, Azərbaycanın Almaniyadakı səfirliyin ikinci katibi Tural Qurbanov iyulun 25-də məzuniyyətdə olarkən rəhmətə gedib.

E. Abdullayev əlavə edib ki, ilkin məlumatlara görə, T. Qurbanov məzuniyyətdə olarkən ürək çatışmazlıqdan dünyasını dəyişib.

Qeyd edək ki, 29 yaşlı Tural Qurbanovun Maldiv adalarında istirahət mərkəzlərindən birində məzuniyyət keçirərkən iyulun sonlarında vəfat etdiyi barədə məlumat yayılıb.


Teqlər:





Xəbər lenti