Türk nazir vətəndaşları meydanlara çağırdı

Türk nazir vətəndaşları meydanlara çağırdı
  16 İyul 2016    Oxunub:2140
Türkiyənin daxili işlər naziri Efkan Ala vətəndaşları bu gecə də meydanlara çıxmağa çağırıb.
AzVision.az Trendə-ə istinadən xəbər verir ki, nazir çevriliş cəhdinə qarşı milli iradəni nümayiş etdirməyə səsləyib.

Türkiyədə sistem problemi olduğunu bildiren nazir bütün siyasi partiyaları həmrəyliyə çağırıb.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti