`Yeni zəfərimiz mübarək olsun` - Davudoğlu (VİDEO)

`Yeni zəfərimiz mübarək olsun` - Davudoğlu (VİDEO)
  16 İyul 2016    Oxunub:2581
“Türkiyədə baş verənlərə görə, millətimizə keçmiş olsun demək istəmirəm. Çünki, millətimiz bir dastan yazdı. Mübarək olsun”.
AzVision.az-ın məlumatına görə, bunu Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Türkiyə ötən gecə demokratiya savaşı verib: “Demokratiya zəfərimiz mübarək olsun. Millətimiz bu gündən etibarən yeni milli iradə dönəminin qarşısını açıb. Türkiyədə siyasət kiçik qazanclar yox, böyük ideyalar üçün aparılır. Ötən gün bu bir daha ortaya qoyuldu”.

Ə.Davudoğlu hərbi çevrilişə cəhd zamanı mediaya sərgilədiyi mövqeyə görə təşəkkür edib: “Bu gün biz parlamentdə təkrar demokratiyadan danışa bilirksə, xalqın baş verənlərə təpkisini dünyaya çatdıran mediamızın rolu böyükdür. Eyni zamanda bütün siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına təşəkkür borcumuz var”.



Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti