`Metsamor` AES-in rəhbərliyi dövlətə külli miqdarda ziyan vurub

`Metsamor` AES-in rəhbərliyi dövlətə külli miqdarda ziyan vurub
  14 İyul 2016    Oxunub:1643
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsi Metsamorda yerləşən "Ermənistan Atom Elektrik Stansiyası" QSC üçün satınalmaların təşkili zamanı aşkarlanan sui-istifadə faktı üzrə ibtidai istintaqı başa vurub.

AzVision.az "Tert.am"a istinadən xəbər verir ki, istintaq zamanı "Metsamor" AES-in baş direktoru, kommersiya direktoru, baş direktorunun maliyyə və iqtisadiyyat üzrə müavini və QSC-nin digər şöbələrinin rəhbərlərinin mütəşəkkil cinayətkar qruplaşma yaratdıqları və xidməti səlahiyyətlərindən istifadə edərək külli miqdarda vəsaiti mənimsədikləri aşkar edilib.

MTX-nin məlumatına əsasən, dövlətə vurulmuş ziyan 783 milyon 586 min dram (təxminən 1,6 milyon dram) təşkil edib.

Faktla bağlı cinayət işi məhkəməyə göndərilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti