Azərbaycan və Ukrayna arasında sənədlər imzalandı - VİDEO

Azərbaycan və Ukrayna arasında sənədlər imzalandı - VİDEO
  14 İyul 2016    Oxunub:1636
Azərbaycan və Ukrayna arasında rəsmi sənədlər imzalanıb.
AzVision.az “İnterfax Ukrayna”ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ukrayna Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov hava nəqliyyatı vasitəsilə malların daşınması zamanı baş verən gömrük pozuntuları ilə mübarizədə gömrük orqanlarının qarşılıqlı əməkdaşlığı haqqında sənədə imza atıblar.



Azərbaycan və Ukraynanın müvafiq nazirlikləri arasında 2016-2020-ci illərdə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair proqram imzalanıb.

Eyni zamanda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqram”ı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ukraynanın xarici işlər naziri Pavel Klimkin imzaladılar.

Daha sonra Azərbaycan prezidenti İlham Əlyev və Ukrayna prezidenti Pyotr Poroşenko Prezidentlər Şurasının 5-ci iclasının protokolunu imzalayıblar.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti