Prezident Tərtərə 3,2 milyon manat ayırdı

Prezident Tərtərə 3,2 milyon manat ayırdı
  01 Avqust 2013    Oxunub:768
Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,2 milyon (üç milyon iki yüz min) manat ayrılmalıdır.

Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti