`Seçkilərlə bağlı mübahisələrə inzibati məhkəmə baxacaq`

`Seçkilərlə bağlı mübahisələrə inzibati məhkəmə baxacaq`
  31 İyul 2013    Oxunub:1225
"Biz əminik ki, bu ilin oktyabr ayında nəzərdə tutulan seçkilər tam demokratik, ədalətli şəkildə seçiləcək və Azərbaycan xalqı da öz iradəsini bildirəcək".
AzVision.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə açıqlamasında bildirib.

R.Rzayev vurğulayıb ki, istər bələdiyyə, istərsə də parlament seçkilərində MSK DSK sədrləri üçün maarifləndirici kurslar təşkil edir:

`Biz də bu kurslarda mütəmadi olaraq seçicilərin hüquqlarının məhkəmə tərəfindən qorunması mövzusunda DSK sədrlərinə müəyyən hüquqi məsələləri izah edirik. Artıq qanunvericilikdə dəyişiklik edilib. Əvvəllər seçkilərlə bağlı məsələlər Mülki Prosessual Məcəllə ilə tənzimlənirdi. Artıq seçki məsələləri ilə əlaqədar yaranan mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılacaq. Bu məqamlar DSK sədrləri ilə görüşdə də onlara izah edilib`.


Teqlər:  





Xəbər lenti