Məktəb direktorunun ölümü ilə bağlı rəsmi açıqlama

Məktəb direktorunun ölümü ilə bağlı rəsmi açıqlama
  31 İyul 2013    Oxunub:959
Baş Prokurorluq Quba rayonunda baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 30 iyul 2013-cü il tarixdə saat 09:10 radələrində Quba rayonunun Mucu kənd orta məktəbinin direktoru Əliağa Eyvazovun məktəbin kitabxanasında asılmış vəziyyətdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı onun boyun nahiyəsində asılmaya xarakterik olan stranqulyasiya şırımından başqa digər xəsarətlər aşkar olunmayıb.

Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, məhkəmə-tibbi ekspertiza təyin edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.


Teqlər:





Xəbər lenti