`Hökumətimizin mətbuatdan gizlədəcəyi heç nə yoxdur`

`Hökumətimizin mətbuatdan gizlədəcəyi heç nə yoxdur`
  30 İyul 2013    Oxunub:971
`Siyasi plüralizm olmayan cəmiyyətdə azad ədalətli seçki keçirilə bilməz. Mətbuat orqanlarının funksiyasi insanları məlumatlandırmaqdır. Əgər mətbuat yoxdursa, siz haradan məlumat ala bilərsiniz? Əlbəttə ki, yığışıb çayçıya gedəcəksiniz. Orada dedi-qodudan məlumat alacaqsınız`.

AzVision.az xəbər verir ki, bu sözlərlə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Mərkəzi Seçki Komissiyasında Dairə Seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda çıxış edib.

O, bildirib ki, dövlətin həyatında siyasi plüralizm mütləq normadır:

1Mətbuatın ikinci funksiyası hadisələri qavramaq üçün sizə ipucu verməsidir. Mətbuat siyasi prosesləri təhlil edir. Tutaq ki, siyasi partiyalar seçkiyə qatılmaq üzrədir. Onlar blok şəklindəmi, partiyanın namizədi şəklindəmi seçkiyə gedəcək kimi suallara mətbuatdan öyrənir. Mətbuat orqanı tərəfsiz olmalıdr. Heç bir tərəfi saxlamalıdır. Siyasi partiyaların öz mətbuat orqanları ola bilər. Bu da onlara xidmət edir`.

Ə.Həsənovun sözlərinə görə, siyasi plüralizmsiz, mətbuatsız, internetsiz,cəmiyyəti idarə etmək, inkişaf etdirmək qeyri-mümkündür:

`Mətbuat cəmiyyət həyatında yürüdülən siyasətin dəyərləndirilməsində iştirak edir. İctimai insitutların fəaliyyətini cəmiyyətə çatdırır. Siz onlara görə qərar qəbul edəcəksiniz. Hakimiyət bizi düşünür, yoxsa özünü, müxalifət özünü düşünür yoxsa bizi və bu kimi suallar insanların seçiminə təsir edir. Seçkiyə qədər bütün fəaliyyəti dəyərləndirir`,deyə o vurğulayıb.

Əli Həsənov qeyd edib ki, mətbuat hakimiyyətə qiymət verməyə də zəmin yaradır:

`Azad demokratik seçki siyasi plüralizm olmadan qeyri-mümkündür. 1998-ci ildə ümummilli lider Heydər Əliyev senzuranı ləğv etdi. O gündən başlayaraq mətbuat azaddır. İndiyə kimi heç bir qəzetə təzyiq edilməyib. Heç kim deyə bilməz ki, hansısa jurnalistə və yaxud mətbuata hakimiyyət tərəfindən təzyiq edilib. Azərbaycanda tam azad mətbuat var. Bizim ölkədə mətbuata göstərilən dövlət qayğısı heç yerdə göstərilməyib. Sonuncu olaraq 156 jurnalistə ev bağışladı. Azərbaycan hökumətinin mətbuatdan gizlədəcəyi heç nə yoxdur`.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti