Beş günlük körpəyə yer tapılmadı

Beş günlük körpəyə yer tapılmadı
  30 İyul 2013    Oxunub:949
5 günlük körpə, əməliyyat masaları dolu olduğu üçün həyatla mübarizə aparır.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özəl klinikalardan birində dünyaya gözünü açan körpə Ramazanın üzərində aparılan müayinələr zamanı ürəyə gedən damarlardan birində laxta qan olduğu aşkarlanıb.

Həkimlər, körpənin yaşaması üçün tezliklə əməliyyat olmasının zəruriliyini bildirib və karidologiya şöbələri dolu olduğu üçün onu dövlət xəstəxanalarından birinə göndərib.

Xəstəxana səlahiyyətlilərinin işə müdaxiləsi nəticəsində kardiologiya xidməti olan xəstəxanalara müraciə olunub. Lakin, həmin xəstəxanalar, yerlərinin olmadığını söyləyərək xəstəxana rəhbərliyinə və ailəyə mənfi cavab verib.

Günlərdir axtarmadığı yer qalmadığını söyləyən ata Şükrü Qorqud, körpəsinin Ramazan ayında dünyaya gəldiyi üçün adını Ramazan qoyduğunu və səlahiyyətlilərdən kömək istədiyini söyləyib.

Hazırda körpə cihazlara bağlı şəkildə yaşam mübarizəsi aparır.

Mirvari





Teqlər:  





Xəbər lenti