Prezident bayramlarını təbrik edib

Prezident  bayramlarını təbrik edib
  30 İyul 2013    Oxunub:947
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".


Teqlər:  





Xəbər lenti