İlham Əliyev Lənkərana 2,5 milyon manat ayırıb

İlham Əliyev Lənkərana 2,5 milyon manat ayırıb
  30 İyul 2013    Oxunub:967
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, qırx yeddi min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Vilvan-Zövlə-Boladı-Liman avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,5 milyon manatı Lənkəran Şəhər İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti